DünyaXƏBƏRLƏR

Əfqanıstanın Hərat vilayətində onlarla iğtişaşçı həbs edilib

Əfqanıstanın Hərat şəhərində iğtişaşçıların İran Konsulluğuna hücumu zamanı onlarla nəfər həbs edilib.

Hərat polisi İRNA müxbirinə deyib: İran konsulluğuna hücumda başlıca rola malik onlarla iğtişaşçı polis tərəfindən həbs edilib, qalanları isə dağılışıblar.

Əbdülrəuf Əhmədi daha sonra deyib: Viza almaq istəyənlərin iğtişaşçılar qarşısında müqavimət göstərməsi iki tərəf arasında toqquşmaya səbəb olub. Daha sonra polis vəziyyətə müdaxilə etməli olub.

İrana səfər etmək üçün viza almaq istəyən bir qrup əfqan İran konsulluğunun önünə toplaşdıqları zaman, bir qrup silahlı iğtişaşçı öncədən planlaşdırılmış şəkildə konsulluğun önündə duran insanlara qatılaraq, iğtişaş törədiblər. Nəticədə 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu