İranXƏBƏRLƏR

Əhmədinejad: İranlılar Universitetinə gedirəm

Tehranın Pastor prospektindəki İranın sabiq prezidentinin iş ofisi yeni prezident cənab Həsən Ruhaniyə təhvil verilib.

İRİB-in məlumatına görə, prezidentliyin təsdiqlənməsi mərasimindən sonra sabiq və yeni prezidentlər cənablar Ruhani və Əhmədinejad Pastorda Prezident Aparatına daxil olublar və cənab Əhmədinejad prezidentin iş ofisini cənab Ruhaniyə təhvil verib.

Sabiq prezident Pastor prospektindəki Prezident Aparatını tərk etdikdən sonra Narməkdəki əvvəlki mənzilinə qayıdıb.

Mahmud Əhmədinejad yeni prezidentə iş ofisinin açarını təhvil verdikdən sonra deyib: Mən xalqa təşəkkürümü bildirirəm və biz həmişə xalqın xidmətçisi olmuşuq.

Sabiq prezident bildirib: Mən bu gün bazar günündən iş yerimə İranlılar Universitetinə gedirəm.

İlgili Makaleler

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu
Kapalı