İranın Silahlı Qüvvələrinin Baş Qərargahının Müdafiə Mədəniyyəti və Bəsic İşləri üzrə Təşkilatın sədrinin müavini deyib: Beynəlxalq hegemonçuluq azadlıq, demokratiya və sülh adı ilə çoxlu cinayətlər və terrorlar həyata keçiribdir.
General-Mayor Seyid Məsud Cəzayeri bu gün şənbə günü(21 sentyabr) Tehranda keçirilən ” Beynəlxalq Quruluşda Ədalətli Sülh” adlı konfransda deyib: Sülh adı ilə həyata keçirilən cinayətlər o qədər geniş və təsiredicidir ki, nəinki hazırkı dünya ictimaiyyətini, həmdə gələcək nəsilləri yoxsulluq, fəlakət və bədbəxtliyə düçar edəcək.
Hazırda dünyada amerikan terrorizminin yeni modelinin formalaşmaqda olduğunu bildirən General-Mayor Cəzayeri sonra deyib: Bu növ terrorizmdə dünyada bütün cinayətlər və terrorlar azadlıq və demokratiyanın yaradılması adı ilə həyata keçirilir. Buna görə də hazırda dünya zalımcasına müharibələrə və münaqişələrə düçar olubdur.