
Ji Cinpinq Pekində Çinin Milli Məclisində səsvermə iclasının sona çatmasından sonra bu ölkənin yeni prezidenti kimi seçilibdir.
Çin üçün yeni prezidentin seçilməsi Ji Cinpinqin noyabr ayında bu ölkənin hakim partiyasında Hucintao-un canişini kimi seçilməsindən 4 ay sonra baş verib.
Ji Cinpinq həmçinin Çin Milli Xalq Konqresinin 12-ci iclası zamanı Çin Xalq Respublikasının Mərkəzi Hərbi Komissiyasının sədri kimi seçilibdir.
70 yaşlı Hucintao Çində hakim partiyanın sədrliyi və prezidentlik vəzifəsində 10 il olduqdan sonra vəzifələrindən kənara çəkilibdir.