Əfqanıstanda əsas dini qurum ABŞ-a xəbərdarlıq edib ki, bədnam Beqram həbsxanasının nəzarətini Əfqanıstan hökumətinə tapşırsın.
Əfqanıstan Milli Alimlər Şurası bir bəyanat verərək xəbərdarlıq edib ki, əgər Vaşinqton Beqram həbsxanası və Pərvan təcridxanasına nəzarəti Kabilə təhvil verməzsə, Əfqanıstanda amerikalı qüvvələrlə işğalçılar kimi rəftar olunacaq və bu qüvvələr onun qeyri-münasib nəticələri ilə üzləşəcəklər.
Bu bəyanatda əlavə olunub: Əgər amerikalılar Beqram həbsxanasının təhvili barəsində öz vədlərini yerinə yetirməzlərsə, işğalçı hesab olunacaq və ehtimal üzrə onun mənfi nəticələrini gözləməlidirlər.
Əfqanıstan Milli Alimlər Şurası həmçinin bu ölkə prezidenti Hamid Kərzayın son açıqlamasını Əfqanıstanın müsəlman xalqının həqiqi tələbi adlandırıb.
Kərzay ötən həftə Birləşmiş Ştatları xarici hərbçilərin Əfqanıstandakı iştirakını əsaslandırmaq məqsədilə Talibanla əməkdaşlıqda ittiham edib.
