Əfqanıstanın cənubunda bu ölkə ordusunun qüvvələrindən 4 nəfəri həlak olub.
Əfqanıstanın Müdafiə Nazirliyi bir bəyanatda bu hadisədən təəssüfləndiyini qeyd edərək elan edib: Ölkənin Helmənd və Əruzqan vilayətlərində taliblər tərəfindən aparılan əməliyyatda 4 əfqan hərbçi həlak olub.
Bəyanatın davamında qeyd olunub: Bu 4 nəfər Əfqanıstanın Helmənd və Əruzqan vilayətlərinin Səngin və Dehrəvat məntəqələrində taliblərin hücumu əməliyyatında həlak olub.