DünyaXƏBƏRLƏR

Əfqanıstan paytaxtında 50 ədəd raket aşkar edilib

Əfqanıstanın təhlükəsizlik rəsmiləri bu ölkənin paytaxtı Kabildə 50 ədəd raketin aşkar edilməsindən xəbər veriblər.

Əfqanıstan Milli Təhlükəsizlik İdarəsi şənbə günü bir bəyanat yayaraq, bildirib ki, Kabilin ətrafındakı “Xake Cəbbar” rayonunda 30 ədəd 75 millimetrlik və 20 ədəd 82 millimetrlik raket aşkarlanaraq müsadirə olunubdur.
Bu bəyanata görə, 400 kg partlayıcı maddə, bir ədəd rabitə aparatı və müəyyən miqdarda dərman bu əməliyyat zamanı aşkar edilərək, müsadirə olunubdur.
Məlumatlara əsasən, indiyədək bununla bağlı bir kəs həbs olunmayıb və əfqan təhlükəsizlik qüvvələrinin təhqiqatları davam edir.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu