Əfqanıstan prezidenti: Xarici qüvvələr Talibana kömək edirlər

Əfqanıstan prezidenti bir daha xarici qüvvələri Talibana kömək etməkdə suçlayıb.

Hamid Kərzay BBC telekanalı ilə müsahibədə deyib: Əfqanıstan əhalisinin əksəriyyətinin fikrincə, xarici qüvvələr Talibana kömək edirlər və bu köməklər bu qruplaşmanın güclənməsinə səbəb olub.

Qəzneyn və Qəndəhar arasındakı Sərpol vilayəti merindən məlumat aldığına toxunan Kərzay deyib: Bu məlumata əsasən, bir müddət öncə Hatəm adlı kənddə NATO vertolyotları Əfqanıstan hökumətinin əlçatmaz olduğu bir bölgədə yükləri yerə atıblar. Biz bunu araşdırmaqdayıq.

Əfqanıstan prezidenti deyib: Əgər belə yüklər əfqan qüvvələrin olmadığı yerlərdə bir məntəqəyə atılırsa, bunun nə mənası vardır?

Obamanın onu etibar olunmayan şərik adlandırılmasının səbəbi barəsində sualı cavablandıran Kərzay deyib: Onlar məni etibar olunmayan şərik adlandırıblar. Çünki onlarla əməkdaşlıq etməyimi gözlədikləri yerdə, əməkdaşlıq etmədim.

“Onlar bizdən istəyirdilər ki, mülkilər qətlə yetirildikləri zaman sükut edək. Lakin bu mümkün deyildir. Çünki bizim vəzifəmiz Əfqanıstan xalqını müdafiə etməkdir” –deyə Kərza bildirib.

Əfqan prezidentin sözlərinə görə, NATO-nun fəaliyyəti indiyə qədər Əfqanıstan xalqının əzab-əziyyətinin artması və çoxlu tələfatın olması ilə nəticələnmiş və heç bir nailiyyəti olmamışdır. Çünki ölkədə təhlükəsizlik bərqərar olunmayıb. Halbuki biz ölkədə tam təhlükəsizliyin bərqərar olunmasını istəyirik.

↑
Mobil sürümden çık