Əfqanıstanda Taliban qruplaşmasının üzvlərindən 11 nəfəri həlak olub.
Əfqanıstan ordusu qüvvələrinin ötən sutkada Helmənd , Qəzney , Qəndəhar , Sərpol və Nəngərhar vilayətlərində taliblərə qarşı apardığı əməliyyatda Taliban qruplaşmasının üzvlərindən 11 nəfəri həlak olub.
Bu əməliyyatda taliblərdən daha üç nəfəri də yaralanıb.
Əfqanıstan qüvvələri həmçinin bu əməliyyatda 8 nəfəri həbs edib.
Daxil olan məlumata görə, Əfqanıstan ordusu qüvvələri tərəfindən həyata keçirilən bu əməliyyatda əfqan polisi külli miqdarda silah-sursat aşkarlayıb . Bununla yanaşı Qəndəhar vilayətində 10 bomba zərərsizləşdirilib.
Əfqanıstanda keçiriləcək 5 aprel seçkiləri tarixinə yaxınlaşdıqca , bu ölkənin polis və təhlükəsizlik qüvvələrinin taliblərə qarşı hücumları genişlənib.