Əfqanıstan XİN rəhbərinin Azərbaycana səfərinin tarixi açıqlanıb

Əfqanıstanın XİN rəhbərinin Azərbaycana səfərinin tarixi məlum olub.

Əfqanıstanın xarici işlər naziri Zaray Əhməd Usmani martın 5-7-də Azərbaycana səfər edəcək.

Səfər zamanı ikitərəfli aktual və regional əməkdaşlıq məsələlərinin müzakirə olunacağı gözlənilir.

Diplomat qeyd edib ki, danışıqların yekunları üzrə ikitərəfli əməkdaşlığın inkişafına dair bəzi sənədlərin imzalanacağı gözlənilir: “Səfər zamanı diplomatik pasport sahibləri üçün viza rejiminin ləğvi, eləcə də iki ölkənin Daxili İşlər və Fövqəladə Hallar nazirlikləri arasında və təhsil sahəsində əməkdaşlıq barədə sənədlərin imzalanacağı gözlənilir”.

↑
Exit mobile version