İranın xarici işlər naziri deyib: İran və Altılıq qrupunun ekspert səviyyəsindəki heyətləri müsbət nəticələrə nail olublar.
İranın xarici siyasət İdarəsinin rəhbəri çərşənbə günü (8 yanvar) öz facebook səhifəsində qeyd edib: İran və Altılıq qrupunun nüvə danışıqları güclü siyasi bir iradə ilə davam etməkdədir və iki tərəfin ekspert qrupunun heyətləri saatlarla sıx müzakirə apardıqdan sonra müsbət nəticələrə nail olublar.
Məhəmmədcavad Zərif sonra deyib: Tehran, İran və Altılıq qrupuna üzv ölkələrin xarici işlər nazirlərinin Cenevrədə razılığa gəldiyi birgə fəaliyyət proqramı əsasında olan yolun davam etdirilməsi ilə maraqlanır və bu qənaətdədir ki, qarşılıqlı olaraq Cenevrə razılaşmasına sadiq qalmaqla inkişafa eləcə də çətin mərhələ olan yəni konkret həll yolu və müzakirəyə nail olmaq olar .