Rusiya dövlət rəsmiləri rəsmi olaylarda aldıqları bütün hədiyyələr barəsində hökumətə məruzə etməli və həddindən artıq səxavətlik müəyyənləşərsə hökumətə qaytarmalıdırlar.
Bu qərarı Rusiya baş naziri Dmitri Medvedyev tərəfindən dövlət korrupsiyasına qarşı hökumətin səyləri çərçivəsində imzalayıb.
Bu qərara əsasən, Rusiya dövlət rəsmiləri hədiyyəni aldıqdan sonra 3 gün müddətinə onun barəsində hökumətə məruzə etməlidirlər ki, xüsusi komissiya onun səxavətlilik məqsədi daşıyıb-daşımadığı barəsində qərar çıxarsın.
Dəyəri 3000 rubldan (90 ABŞ dolları) yuxarı olan hədiyyələr hərraca qoyulur və dövlətin büdcəsinə köçürülür.
Dövlət rəsmiləri hədiyyəni saxlamaq istədikləri halda onun dəyəri qədər vəsaiti iki ay ərzində büdcəyə ödəməlidirlər.