Rusiya Federal Narkotiklərlə Mübarizə İdarəsinin rəisi Viktor İvanov Əfqanıstanda 50 min tona yaxın narkotik maddənin istehsal və anbar edildiyini bildirib.
Rusiya Federal Narkotiklərlə Mübarizə İdarəsinin İctimai Əlaqələr Şöbəsindən verilən məlumata görə, İvanov cümə axşamı Soçidə narkotiklərlə mübarizə iclasında deyib: Narkotik maddələrin qaçaq edilməsi baxımından Əfqanıstan Rusiya üçün ən böyük təhlükə mənbəyi sayılır.
O, ABŞ hərbçilərinin Əfqanıstandakı iştirakına işarə edərək, deyib: Qərbin 2001-ci ildə Əfqanıstana qarşı hərbi əməliyyatlara başladığı zamandan indiyə kimi bu ölkədə narkotik maddələrin istehsal həcmi 40 dəfə artıb. Belə ki, il ərzində Əfqanıstanda 500 ton heroin istehsal olunur.
İvanov əlavə edib: Əfqanıstanda istehsal olunan narkotik maddələrin həcmi o qədər çoxdur ki, bu ölkədə istehsal olunan narkotik maddələrin yalnız 30%-i bazara çıxarıla bilir.
O daha sonra deyib: Narkotik maddələr Əfqanıstandan müxtəlif yollarla Avropa ölkələri, Pakistan, Çin və Rusiyaya qaçaq edilir.
İvanov narkotik maddələrin böyük hissəsinin Əfqanıstanda anbar edildiyini deyərək, vurğulayıb: Hazırkı zamanda Əfqanıstanda narkotik anbarlarında 50 min tona yaxın narkotik maddə saxlanılır.
Rusiya Federal Narkotiklərlə Mübarizə İdarəsinin rəisi sonda deyib: Əfqanıstanda 3 milyondan çox əkinçi xaşxaş yetişdirməklə məşğuldur. Bu da Əfqanıstan əhalisinin 10%-i deməkdir.