Misirin təhlükəsizlik və məhkəmə rəsmiləri bildiriblər ki, son 24 saat ərzində Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarından 1066 nəfər həbs edilib.
Dünən Misirin təhlükəsizlik qüvvələri ölkənin bəzi şəhərlərində İxvan-əl-müslimin, azadlıq və ədalət partiyası, həmçinin “çevrilişlə müxalifət qanuna dəstək milli koalisiya”-nın rəhbərləri və üzvlərindən ibarət 92 nəfəri həbs ediblər.
Digər tərəfdən təhlükəsizlik və məhkəmə mənbələrinin dediklərinə görə bu müddətdə prokurorluq ölkənin ayrı-ayrı şəhərlərində son iğtişaşlar barədə araşdırma və istintaq aparılması üçün 974 nəfərə həbs hökmü vermişdir
İxvan-əl-müslimin və Məhəmməd Mursinin tərəfdarları onun iyulun 3-də ordu tərəfindən devrilməsindən bəri etiraz nümayişlərini davam etdirərək Mursinin hakimiyyətə qaytarılmasını tələb edirlər.
Son bir neçə gün ərzində Mursinin tərəfdarları ilə təhlükəsizlik qüvvələri arasında baş verən qanlı toqquşmalar nəticəsində yüzlərlə adam ölüb, minlərlə adam yaralanmışdır.