Əfqanıstanın bir təhlükəsizlik rəsmisi bu ölkənin şərqində baş vermiş partlayışlar zamanı ən azı 5 nəfərin həlak olmasından xəbər verib.
Adının açıqlanmasını istəməyən bu təhlükəsizlik rəsmisi deyib: bu partlayışlar bu gün (25 mart) səhər yerli vaxtla saat 10:30-da Əfqanıstanın şərqində yerləşən Konər vilayətinin Əsədabad şəhərində baş verdi, nəticədə Taliban qruplaşmasının 4 üzvü və bir polis zabiti öldürüldü.
3 nəfər o cümlədən bir bank işçisi də yaralandı.