
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Seyid Nemətullah Cəzayiri-nin elmi və ədəbi məqamını yüksək dəyərləndirərək, belə buyurublar: “ Bu böyük alimin elmi və ədəbi məqamının yüksək dəyərləndirilməsi, həqiqətdə İlahi elmə və maarifin yüksək dəyərləndirilməsidir”.
İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahülüzma Xamenei Əllamə Seyid Nemətullah Cəzayiri-nin Anım Konqresinə bir müraciətdə bu böyük alimin elmi və ədəbi məqamını yüksək dəyərləndirərək, bu böyük din aliminin dəqiq fiqhi baxışla Şiə hədislərinə olan əhatəsi və ustadlığına təkid ediblər.
Bu gün cümə axşamı günü(28 fevral) səhər Vəliyifəqihin Xozistan Ostanındakı nümayəndəsi və Əhvazın İmam Cüməsi Ayətullah Seyid Məhəmməd Əli Musəvi tərəfindən qiraət olunan bu müraciətdə həmçinin Əllamə Seyid Nemətullah Cəzayirinin müxtəlif təlif əsərlərinə işarə edilərək, bu din alimi üstün bir şəxsiyyət və yaxşı şəkildə tanıdılmayan bir Fəqih kimi yad edilibdir ki, onun hədis sahəsindəki işlərinə və hədislərə yazdığı şərhlərə daha artıq diqqətin göstərilməsinin zəruri olduğu da qeyd edilib.
Böyük hədis alimi Seyid Nemətullah Cəzayiri Səfəvilər dövründə böyük din alimləri və fəqihlərindən olubdur və ondan Əl-Ənvar Əl-Nümaniyə əsəri yadigar qalıbdır.