İranXƏBƏRLƏR

Qərb və irticaçı ərəb rejimləri Misirin İrana yaxınlaşmasını istəmirlər

Misirdə xalq inqilabının artıq ikinci ili arxada qoyduğu bir halda, bu ölkədə ardıcıl olaraq toqquşmaların baş verməsi bir daha sübut etdi ki, Qərb və Qərbin regional müttəfiqləri xüsusilə də Qətər və Ərəbistan nəyin bahasına olursa olsun, Misirdə xalqın rəyi ilə hakimiyyətə gəlmiş islamçıları bu ölkənin siyasi səhnəsindən kənarlaşdırmağa və Qərbdən asılı sekularlar və liberalları hakimiyyətə gətirmək istəyirlər. Çünki, Vaşinqton habelə, sionist rejim və regionun irticaçı ərəb rejimləri tamamilə aydındır ki, Misir prezidenti Məhəmməd Mursinin hökumətinin davam edəcəyi təqdirdə Misir ilə İran arasında münasibətlər yaxşılaşmağa başlayacaq. Bu arada İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejadın İslam Əməkdaşlıq Təşkilatının sammitində iştirak etmək üçün Misirə səfər etməsi və onun Misir prezidenti Məhəmməd Mursi tərəfindən səmimi formada qarşılanması habelə, iki tərəf arasında siyasi, iqtisadi və mədəni əlaqələrin genişləndirilməsi ilə bağlı konstruktiv müzakirələrin aparılması Yaxın Şərqin iki güclü və təsirli müsəlman ölkəsi arasında əlaqələrin daha da yaxşılaşdırılmasından xəbər verir. Buna görə də, Mahmud Əhmədinejadın Qahirə səfəri ABŞ, İsrail rejimi, Ərəbistan və Qətər üçün bir növ təhlükə siqnalı hesab olunurdu.
Digər tərəfdən İran prezidentinin Misirə səfəri və onun ərəb dünyanın ən böyük və mühüm dini mərkəzi sayılan əl-Əzhər Universitetində olması, Əhmədinejadın əl-Əzhər şeyxi və alimləri ilə görüşməsi əslində İranın Misir xalqı və müsəlmanları yanında nə qədər yüksək mövqeyə malik olduğundan xəbər verir.
Elə buna görə də regionun iki mühüm və böyük dövlətinin bir-birinə yaxınlaşması və Misirn İranın ötən 35 ilki siyasi, iqtisadi və mədəni təcrübələrindən faydalanması Misir xalqına öz inqilabını daha tez formalaşdırması və inkişafa doğru yönləndirməsində böyük kömək etmiş olacaq. Bu isə sonda Misir xalqı və hökumətinin siyasi asılılığa son qoyaraq, müstəqil siyasət yürütməsinə səbəb olacaq. Vaşinqton və onun regional müttəfiqləri isə çalışırlar ki, liberallar və sekularlardan istifadə edərək, Misirdə vəziyyəti gərginləşdirsinlər və bu ölkədə cərəyan edən siyasi proseslərin inkişaf xəttini İsrail rejiminin xeyrinə dəyişsinlər. Amma, Misirin müsəlman xalqının artıq bu ölkənin Qərbin ssenarilərinə qurban getməsinə icazə verməyəcəyi aydındır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu