Rusiya Prezidenti Vladimir Putinin səlahiyətli nümayəndəsi, “Milyarderlər İttifaqı”nın üzvü Söyün Sadıqovun Azərbaycanda qarşıdan gələn prezident seçkiləri ilə bağlı təhlili məqaləsi ndə iddia edib ki, “İlham Əliyev legitim prezident olmayacaq.
Musavat qəzetində dərc etdiyi “Azərbaycanda seçkilər: sosial qarışıqlıq və ciddi itkilər olmadan optimal nəticə” adlı məqalə Söyün Sadıqov yazıb : “Azərbaycanda elə mühit var ki, adi vətəndaş üçün hansı qüvvələrin ölkədəki siyasi vəziyyətə necə təsir etdiyini və seçkilərin nəticələrinin nədən asılı olacağını anlamaq asan deyil. Vəziyyəti daha da gərginləşdirən amillərdən biri də müxalifin hələ də nəyə üstünlük verəcəyini tam olaraq müəyyən etməməsidir. Müxalifət daha çox ölkədə həqiqi demokratik seçkilərin keçirilməsinin mümkün olmayacağını bəyan edərək, hökumətə digər təzyiq vasitələri axtarır, bununla bağlı çağırışlar edir.”
Sadıqov əlavə edib : “Əlbəttə, deyə bilərik ki, Azərbaycan xalqı müdrük xalqdır və qarşıdurmalara yol verməz. Yaxud, deyilə bilər ki, Azərbaycanda etirazın meydanlara keçməsinə səbəb olacaq ilkin şərtlər yoxdur. Ancaq təəsüf ki, hadisələrin belə inkişafından heç kim sığortalanmayıb.”
Russia Prezidentinin nümayəndəsi əlavə edib : “Azərbaycan hakimiyyəti cox ciddi düşünərək optimal qərar qəbul etməlidir. Məhz indi Azərbaycanın həm siyasi, həm də iqtisadi baxımdan yeni – daha yüksək səviyyəyə çıxmağa real şansı var. Və bu şans qarşıdan gələn seçkidə prezidentliyə Mehriban Əliyevanın namizədliyinin irəli sürülməsi ilə bağlıdır. Hansı ki, o, seckidə inzibati resurssuz əsaslı qələbə əldə edə bilmək imkanına malıkdir. Bu xalqın seçimi olacaq, bu leqitim prezident olacaq, bu irəliyə ciddi sıçrayış olacaq. Nəhayət, bu ölkədə sosial qarışıqlıq və ciddi itkilər olmadan optimal nəticələr əldə etmək üçün unikal imkandır.”