ABŞ Konqresinin rəsmi qəzeti Hill Ağ Evə istinadən sionist medianın Amerika hökumətinin İranla bir il öncədən gizli müzakirələri barəsindəki məlumatını tam şəkildə təkzib etdiyini yazıb.
Hill qəzetinin yazdığına görə, Təl-Əvivin 10-cu televiziya kanalı sionist rejim başçılarından birinə istinadla iddia edib ki, Barak Obamanın ali müşaviri Valeri Qəret bir neçə ay müddətinə İran rəsmiləri ilə görüşərək danışıqlar aparıb və İranla cari müzakirələr vizual və zahiri xarakterlidir
ABŞ Konqresinin rəsmi qəzeti davamında əlavə edib: Ağ Ev sözçüsü Bernadet Meyhan qəzetin redaksiyasına məktub ünvanlayaraq bildirib ki, Qəretin İranla gizli müzakirələrdə iştirak etməsinə dair naməlum rəsmilər tərəfindən yayımlanan şayiələr heç bir vəchlə həqiqətə uyğun deyil.