Kapitalizm quruluşunun əleyhdarları Vaşinqtonda aksiya keçiriblər. Press TV-nin məlumatına əsasən, Vaşinqtonda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və 20-lər qrupuna üzv ölkələrin maliyyə nazirlərinin gizli iclası keçirilir.
Dünən bu iclasın keçirilməsinə qarşı çıxanların bir qrupu Vaşinqtonda aksiya keçirib. Bu aksiya Ağ Ev və Amerika Xəzinə Nazirliyi qarşısında keçirilib. Aksiyaçılar vurğulayıblar ki, Vaşinqtonda Dünya Bankı, Beynəlxalq Valyuta Fondu və 20-lər qrupuna üzv ölkələrin maliyyə nazirlərinin iclasında iştirak edənlər dünya xalqlarına müsibət, hərc-mərclik və kapitalizmi müjdə veriblər.
Vətəndaş hüquqları sahəsində fəaliyyət göstərən qruplar və qeyri-hökumət təşkilatları bu aksiyanı təşkil etmişdilər. Aksiyanın iştirakçıları belə deyirdilər: “Uol-Strit”də iştirak edən varlılar dünyaya hakim kəsilmiş maliyyə siyasətləri səbəbindən, iri məbləğdə pul qazandıqları bir halda, adi əhali öz işini itirir. Eləcə də dövlət və ümumi rifah sektorlarının büdcələri azalır.