Əfqanıstanda Taliblərin 21 üzvü öldürülüb

Əfqanıstan polisinin əməliyyatında Taliban qrupunun 21 üzvü öldürülüb.

Əfqanıstanın Daxili İşlər Nazirliyi bir bəyanat yayaraq, belə bildirib: ötən 24 saat ərzində bu əməliyyat Qəndəhar, Zabol , Vərdək, Qəzney, Fərah və Nimruz vilayətlərində milli ordu qüvvələrinin əməkdaşlığı ilə həyata keçirilib.

Əfqanıstanın Daxili İşlər Nazirliyinin bəyanatında bu əməliyyat zamanı həmçinin Taliban qrupunun 12 üzvünün yaralandığı və onlardan 4 nəfərinin əfqan qüvvələr tərəfindən əsir alındığı da bildirilib.

Bu əməliyyat zamanı bir qədər silah və sursat da aşkarlanaraq, götürülüb.

Taliban qrupunun mənbələri bu haqda bir reaksiya verməyiblər.

Exit mobile version