Əfqanıstanın paytaxtında yüzlərlə nəfər aksiya keçirib

Əfqanıstanın paytaxtı- Kabildə yüzlərlə nəfər aksiya keçirərək, bu ölkə dövlətindən istəyibdir ki, bu müharibə keçirmiş ölkədə etnik məsələlər və rəqabəti qızışdıran, eləcə də milli birliyi zəiflədən şəxslərə qarşı tədbirlər görsün.
Etirazçılar Kabilin qərbində, parlament binasının yaxınlığında keçirilən bu aksiyada bu şüarları verirdilər: “Biz milli birlik istəyirik!” və “Dövlət etnik qarşıdurma ilə nəticələnən hərəkətləri dayandırsın!”.
Bu aksiya elektron şəxsiyyət vəsiqələrində milli mahiyyətin kənarında etnik mahiyyətin də qeyd olunması üstündə bu ölkə parlamentində gedən ciddi bəhslərdən bir neçə gün sonra keçirilib.
Sin-Xua xəbər agentliyinin Kabildən verdiyi məlumata əsasən, parlamentdə gedən bu bəhslərdən sonra bir neçə yerli analitik bir yerli telekanalda bəzi qövmlər barədə qalmaqallı sözlər söyləyib ki, Əfqanıstanın bəzi məntəqələrində ümumi hiddətə gətirib çıxarıbdır.

↑
Mobil sürümden çık