Suriyaya qarşı imperialistlərin hərəkətlərinə qarşı çıxmaqla tanınan Əhli-Beyt Mədəniyyət və Müqavimət Vəqfinin rəhbəri Ali Yeralın evinə dünən gecə hücum olunub. Hücumçular bir təhdid “səni yandıracayıq” yazısı qoyublar. Yeralın bir aydır müxaliflər tərəfindən təhdid edildiyi bildirilir.
Suriyaya qarşı xarici müdaxiləyə qarşı mövqeyi ilə tanınan Əhli-Beyt Mədəniyyət və Müqavimət Vəqfinin rəhbəri Ali Yeralın Hataydakı evinə dünən gecə 1:30 radələrində hələ də kimliyi bilinməyən bir və yaxud bir neçə nəfər hücum çəkib.Bu barədə azeri.sahartv.ir saytı zeynəbiyyə saytına istinadən məlumat verir.
Yeralın xarici səfər səbəbi ilə İranda olduğu vaxta təsadüf edən bu hücumda onun həyat yoldaşı və uşaqları evdə olublar. Yeralın həyat yoldaşının açıqlamasına görə, dünən gecə 1:30 radələrində yaranan hadisədə Yeral ailəsinin yataq otağına girən hücumçu və ya hücumçular Ali Yerala aid əşyaları sındırıblar.
Ölüm təhdidi
Olay əsnasında uşaqların otağında olduğunu və musiqi dinlədiyini söyləyən Yeralın həyat yoldaşı, öncə otaqdan gələn səslərin paltaryuyan maşına aid olduğunu düşündüyünü, lakin sonra otaqda birinin olduğunu anlayan kimi, qorxub qonşuları səslədiyini söyləyib.
Hücumçuların evi tərk etməsindən sonra yataq otağına baxan Yeral otaqdakı əşyaların sınıb töküldüyünü və həyat yoldaşı Ali Yerala aid əşyaların da qırıldığını bildirib. Yeralın həyat yoldaşı hücumçuların “Səni məhv edəcəyik” təhdid yazılı bir məktubun da otaqda qoyulduğunu deyib.
Bir aydır təhdid alır
Otaqda açıqda dəyərli əşyaların olduğunu, lakin hücumçuların bu əşyalara toxunmadığına diqqət çəkən xanım Yeral hücumçuların evə oğruluq məqsədilə girmədiyini və Ali Yeralın bir aya yaxındır müxaliflər tərəfindən təhdid mesajları aldığını söyləyib.
Hadisə ilə bağlı araşdırma aparılır.