Əhmədinejad: Bütün azadlıqsevərlər Qüdsün azadlığını istəyirlər

Qüds amalının bütün müsəlmanlar və azadlıqsevər xalqların müştərək amalına çevrildiyini bəyan edən İran İslam Mahmud Əhmədinejad bazar ertəsi gecə Fələstin İslam Müqavimət Hərəkatı Həmasın Tehrandakı siyasi bürosunun sədr müavini Musa Əbu Mərzuqla görüşdə Fələstin və Qüds Şərifin azadlığını bir dini və məktəb məsələsi adlandırıb və deyib: Hətta əgər Fələstin məsələsinə dini baxış da olmasa, Fələstin region və dünya üçün bir həlledici məsələdir və bu gün regionun taleyi Qüds Şərifin azadlığı ilə bağlıdır.

Sionistlərin mövcudluq fəlsəfəsinin məchul vəziyyətdə olduğunu qeyd edən İran prezidenti söyləyib: Sionistlər artıq öz hücum mövqeyindən çıxıblar və hazırda onlar öz mövcudluq vəziyyətini qorumaq üçün çapalayırlar. Əlbəttə bu məsələdə də uğurları olmayacaq.

“Müqavimətin Qəzzədəki qələbəsi Allah-taalanın möminlərin arxası olduğuna şahiddir” deyən Mahmud Əhmədinejad əlavə edib: Əgər iman və müqavimət ruhiyyəsi qorunarsa, tezliklə bütün Fələstin azad olacaq və bu, Allahın verdiyi dəyişməyəcək vəddir.

İran prezidenti Suriya proseslərinə toxunaraq deyib: Artıq vaxtı çatıb ki, Suriyada bütün tərəflər bir-birlərinin əlini tutsunlar və Suriya problemlərini danışıqlar yolu ilə həll etsinlər.

↑
Mobil sürümden çık