Əhmədinejad: Həzrət Əli(ə) azadlıq və ədalət bayraqdarıdır

İran İslam Respublikasının prezidenti dünya şiələrinin birinci imamı Həzrət Əli(ə)ı dünyada hürriyyət və ədalət bayraqdarı olduğunu bildirib.

İran İslam Respublikası prezidenti Mahmud Əhmədinejad bu gün cümə günü Nəcəfi-Əşrəf şəhərinə daxil olduğu zaman 20-dən çox xarici media mənsubu toplusunda sonra deyib: İnsanlıq, Kamal, İlahi dəyərlər və Allah-Taalanın xüsusiyyətləri İmirəlmöminin Həzrət Əli(ə)ın vücudunda təcəlli edir və o həzrətin övladları ardıcıl olaraq, dünyada həqiqətin qoruyucusudurlar.

İran İslam Respublikası prezidenti Həzrət İmam Hüseyn(ə)’ın insanlıq və hürriyyətin təcəllisinin zirvə nöqtəsində olduğunu bildirərək, deyib: sonunda ədalət və azadəlik bütün dünyaya hakim kəsiləcək və bəşəriyyət həmişəlik olaraq, xilas olacaqdır.

Dünən İraq rəsmiləri, o cümlədən baş nazir Nuri Əl-Maliki ilə görüşüb, regional dəyişikliklər haqda onlarla müzakirələr aparmaq üçün bu ölkəyə səfər edən İran İslam Respublikası prezidenti bu gün cümə günü özünün İraqa olan səfərinin ikinci günündə Həzrət Əli(ə)ın müqəddəs məqbərəsini ziyarət etmək üçün Nəcəfi-Əşfərə daxil olub.

Əhmədinejad həmçinin bu gün günortadan sonra İmam Hüseyn(ə), Həzrət Abülfəzl(ə), Həzrət Əli Əkbər(ə) və başqa Kərbəla şəhidlərinin pak məqbərələrini ziyarət edib.

↑
Mobil sürümden çık