İran İslam Respublikası prezidenti Lavan Neft Şirkətinin 14 yönlü layihəsinin istifadəyə verilməsini İranı benzin ixrac edən ölkələr sırasına daxil edən amil adlandırıb.
Mahmud Əhmədinejad bu gün İranın cənubunda Lavan Neft Şirkətinin 14 yönlü layihəsinin istifadəyə verilməsi mərasiminin kənarında deyib: İnkişaf layihələrinin istifadəyə verilməsi və mövcud infrastrukturların genişləndirilməsi habelə, Fars Körfəzinin Ulduzu neftayırma zavodunun istifadəyə verilməsi ilə İran gələcəkdə benzin ixrac edən ölkəyə çevriləcək.
M.Əhmədinejad əlavə edib: İranlı mütəxəssislərin səyi ilə İranın neft sənayesi elə bir nöqtəyə çatıb ki, yerli mühəndislik imkanlarına söykənərək, benzin idxal edən bir ölkədən, benzin ixracatçısına çevrilib.