
Kanadanın Kvebek ştatının təhlükəsizlik qüvvələri bu ştatda ödənişlərin artırılmasına qarşı genişmiqyaslı etirazların birinci ildönümündə təxminən 200 tələbəni həbs ediblər.
Etirazçılar Monrealda bir etiraz aksiyası zamanı həbs olunublar.
Etirazçılar ötən ilki qarşıdurmalar zamanı polis qüvvələrinin davranışı barəsində təhqiqat məqsədilə komissiyanın təşkil olunmasını tələb ediblər. Məlumatı Səhər telekanalı internet portalı verib.
Ötən il fransız dilli Kvebek ştatında ödənişlərin artırılmasına qarşı keçirilən etiraz aksiyasında minlərlə nəfər iştirak edib.