Onlarla İordaniyalı etirazçı Beytül-Müqəddəsdə bir Qüds müftisinin həbsinə etiraz olaraq, sionist rejimin Əmmandakı səfirliyinə hücum etməyə çalışıb. İordaniyanın anti-üsyan polisi cümə axşamı günü səhər, bir qrup iordaniyalı fəalın Beytül-Müqəddəsin müftisi Şeyx Məhəmməd Hüseynin həbsinə etiraz olaraq, sionist rejimin səfirliyinə hücum etməyə çalışmalarından sonra, bu səfirlik binasını mühasirə edərək, onun ətrafında təhlükəsizlik tədbirlərini icra etməyə başlayıb.
İordaniyalı qəzəbli etirazçılar sionistlərin əl-Əqsa məscidinə qarşı davamlı hörmətsizliklərini pisləyərək, sionist İsrail rejiminin “bayrağı”nı yandırıblar.
iordaniyalı etirazçılar həmçinin “İsrail İordaniyada səfirliyə malik olmamalıdır və bu səfirlik tez bir zamanda bağlanmalıdır” məzmunlu şüarlar səsləndirirlər. İndiyə qədər bu etirazlar zamanı bir şəxsin həbs edilməsi yada ki, xəsarət alması haqda heç bir məlumata yayılmayıb.