İran İslam Respublikası prezidenti Şərqi Azərbaycan əhalisinin İran tarixindəki rolunu mühüm və təsirli adlandırıb.
Mahmud Əhmədinejad bu gün Şərqi Azərbaycan vilayətinə olan səfəri zamanı deyib: Azərbaycan xalqı tarix boyu daim eşq, tövhid, ədalət və iman yolunda addımlayıb və bu məntəqənin mücahidləri, arifləri və siyasətçiləri də tarix boyu parıldayıblar.
M.Əhmədinejad əlavə edib: Şərqi Azərbaycan vilayətinin zəlzələdən zərərçəkmiş məntəqələrinə səfər zamanı, bu məntəqələrin bərpası əməliyyatının yekunlaşması xəbəri elan olunacaq.