Əhmədinejad: Xalqlar zalımlarla mübarizə yolunda meyar və istinadgah ardıncadırlar

İran İslam Respublikasının prezidenti xalqların zalımlar və müstəmləkəçilər ilə mübarizə və inkişaf yolunda münasib meyar və istinadgaha ehtiyaclı olduqlarını bildirib.

Mahmud Əhmədinejad çərşənbə axşamı Tehrandan cənubda yerləşən Qum ostanında abadlıq layihələrinin açılışı mərasimində bildirib ki, xalqlar öz hədəf və amallarının reallaşması yolunda İrana göz dikiblər.

O əlavə edib: Quruculuq, abadlıq, əsas ehtiyacların təmini və şəhərsalma sahələrində bütün dünya xalqları üçün meyar kimi nəzərdə tutula bilinəcək şəhərlərdən biri, İranın Qum şəhəridir.

Əhmədinejad vurğulayıb: Qum şəhərinin əhalisi daim ilahi dəyərlərin yerləşdirilməsi və tövhid bayrağının ucalması və ədalətin ardınca olub və tərtiblə din xadimləri, fəqihlər və böyük mücahidlər yüz illər boyu əziz İslam Peyğəmbərinin (s.ə.s) amalları yolunda mübarizə aparıblar.

↑
Mobil sürümden çık