Əhmədinejadın Afrika ziyarəti əlaqələri inkişaf etdirməyə istiqamətlidir

İran xarici işlər naziri müavini Hüseyn Əmir Abdullahiyan, prezident Əhmədinejadın Afrika səfərinin əlaqələri inkişaf etdirməyə istiqamətli olduğunu ifadə etdi.İran prezidenti Əhmədinejadın Benin, Nijer və Qana ölkələrinə edəcəyi səfəri qiymətləndirən Əmr Abdullahiyan, İran İslam Respublikası Afrika ölkələri ilə əlaqələrini inkişaf etdirməyə strateji əhəmiyyət verdiyini ifadə etdi.Əmr Abdullahiyan, təəssüf ki, son əsrlərdə istismarçı güclər zəngin Afrika qitəsini yağmalayaraq Afrika millətlərinin geri qalmalarına səbəb olduğunu qeyd etdi.İslam inqilabının qələbəsindən sonra İran davamlı Afrika ölkələrinə dəstək verməyi ön planda tutduğunu ifadə edən Əmr Abdullahiyan, Əhmədinejadın Afrika ziyarəti də bu çərçivədə və Afrikanın təhlükəsizliyinə, rifahına və inkişafına dəstək verməyə istiqamətli olduğunu vurğuladı.

↑
Mobil sürümden çık