İran İslam Respublikasının prezidenti İran ilə Azərbaycan Respublikasının əlaqələrini qardaşcasına və əla adlandırıb və belə deyib: Azərbyacan R-nın xalqı və dövləti bizim ürəyimizdə yer alıblar və İran İslam Respublikası səmimi qəlbdən Azərbaycan xalqının başıucalığı, inkişafı və rifahını istəyir.
Mahmud Əhmədinejad Qavqaz Müsəlmanları İdarəsinin sədri- Şeyx-ül-islam Allahşükür Paşazadə ilə görüşdə deyib: Tehran-Bakı əlaqə və münasibətləri qardaşlıq, din və məhəbbət üzərində qurulub və bu özəlliklər iki ölkə əlaqələrini digər ölkələr arasındakı əlaqələrdən fərqli edibdir.
Ölkə prezidenti əlavə edib: İran və Azərbaycan iki qardaş xalq və dövlətdir və İran İslam Respublikası Azərbycanınn istiqlaliyyəti, inkişafı və başıucalığından razıdır və ümid edirik ki, bundan yuxarı səviyyələrə çatacaq.
Doktor Əhmədinejad vurğulayıb: İran və Azərbaycan həmişə bir-birinin yanında və bir-birinə arxa olaraq, allah-taalanın köməkliyi ilə gələcəkdə də belə olacaq.
Doktor Əhmədinejad bildirib ki, Tehran ilə Bakının qardaşcasına əlaqələri həmişə bədxahlar və düşmənlər ilə üzləşib. O, söyləyib: Şeytanlar daim sadəlövh ünsürlərdən istifadə edib, dəxli olmayan məsələlər irəli sürərək, əsassız addımlar atmaqla iki ölkə əlaqələrinə xələl gətirməyə çalışıblar, lakin şübhəsiz, iki ölkə xalqı və başçılarının sayıqlığı sayəsində onlar heç zaman uğur qazanmayacaqlar.
Ölkə prezidenti deyib: İran İslam Respublikası əmindir ki, Azərbaycan dövləti sayıqlıqla bu ölkəni irəliyə aparacaqdır.
Doktor Əhmədinejad söyləyib: Bu gün bizim ən mühüm vəzidfəmiz budur ki, iki ölkə həmkarlıqlarını möhkəmlədək ki, heç bir bədxahın zehninə hətta iki ölkə əlaqələrinə xələl gətirmək fikri belə gəlməsin.
Qafqa Müsəlmanları İdarəsinin sədri- Şeyx-ül-islam Paşazadə də bu görüşdə Azərbaycan R. prezidentinin səmimi salamlarını çatdırıb, onun doctor Əhmədinejada olan xüsusi hörmət və məhəbbətini ifadə edərək, deyib ki, Azərbaycan R. İran İslam Respublikası ilə dostluq və qardaşlıq ardıncadır.
O, belə qeyd edib: Azərbaycan səfəriniz zamanı və sizing tövsiyələrinizin ardınca Azərbaycanın din xadimləri və ağsaqqallarının İrana səfəri formalaşdı və ümid edirik ki, iki ölkə əlaqələrinin dərinləşməsində təsirli olacaq və inanırıq ki, İran və Azərbaycan bir-birinə dayaq olaraq, dostcasına və qardaşcasın baxışlarla öz əlaqələrinin genişlənməsinin ardıncadırlar.
Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri- Fəttah Heydərov da bu görüşdə deyib: Azərbaycanın vəfat etmiş prezidenti- Heydər Əliyev həmişə vurğulayardı ki, Azərbaycan Respublikası mütləq İran İslam Respublikası ilə münasibətlərini ən yüksək səviyyədə saxlamalıdır və bu gün bizim hamımız Azərbaycanda bu hədəfi izləyirik.
O, xatırladıb: İran İslam Respublikası həmişə Azərbaycana arxa olub və Azərbaycan xalqının mövqe və hüquqlarını müxtəlif təşkilatlarda dəstəkləyibdir. Bu üzdən, Azərbaycanın dövləti və xalqı İranın başçıları və xalqına böyük rəğbət bəsləyirlər.