DünyaXƏBƏRLƏR

Vəhy peyğəmbərinin göylərə qovuşması

İyirmi səkkiz səfər, sonuncu vəhy peyğəmbəri və Allah-Təala tərəfindən göndərilmiş peyğəmbər- Həzrət Məhəmməd(s.ə.s)-in vəfatının ildönümü günüdür. O həzrət insanlıq və haqlılığın tam görünən aynası idi və özünün dünyadan köçməsi ilə dünya müsəlmanlarını bütün tarix boyu ürəyidağlı etdi.

Bu gün, səma sonuncu peyğəmbərin vəfatının qəmində göz yaşları axıdır və yer matəmə qərq olub. Rəhmət və mehribanlıq peyğəmbəri bu fani dünyanı tərk edərək, haqq diyarına getdi və İslam Dünyasını öz köçməsi ilə ürəyidağlı etdi. O, taysız və bir olan Allahın haqlı peyğəmbəridir. O həzrət kamil və kafi sübut(Quran) ilə öz dövrünün cəmiyyətinə gəldi ki, insanı cahillik və nadanlıqdan xilas etsin və həqiqi səadətə çatmaq yolunda onun istiqamətləndiricisi olsun.
Məhəmməd ən gözəl insani xüsusiyyətlərin xəzinəsi və əmanətdardır. O, fədakarlıq, şücaət, rəşadət və bağışlamanın tam görünən aynasıdır. Sonuncu peyğəmbər kamilliyə çatmış kamil bir insanın simvoludur. O, səadət və xoşbəxtlik yolunun çırağı və qiyamət gününün xəbərini verən böyük bir insan oldu.
O, öz məxluqunun səadəti üçün daim rəhmət qapılarını açıq qoyan pərvidigarın nurunun inikası idi. Allah-Taala onu göndərmişdi ki, bəndələri heç vaxt tənha və köməksiz olmadıqlarını bilsinlər.
Məhəmməd(s.ə.s) dərdli və zülm çəkmiş insanların pənahı idi ki, öz dincliklıərini o həzrətin tamamilə aram və məhəbbətli vücudunda axtarırdılar.
Mehribanlıq peyğəmbəri özünün bütün dəyərli ömrünü haqq və həqiqət dininin yüksəlişi yolunda sərf etdi və daim müsəlmanlar arasında birlik və həmrəyliyin müjdəçisi oldu.
Böyük peyğəmbər(s.ə.s.) İslam Dünyasının parlaq ulduzudur. O, tövhid günəşinin nurunu müsəlmanlarını qəlblərinə saçdırdı və onları Allah-Taalanın ən xalis dini ilə tanış etdi. Sonuncu haqq peyğəmbərinin qəlbində bu yaxşılıqların mövcud olması səbəb oldu ki, onun vəfatının qəmi heç zaman müsəlmanların zehnindən silinməsin və daim onlar o həzrətin dağının ayrılığında olsunlar.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu