Əl-Ənbarda bir Daeş başçısı həlak edilib

İraq və Şam İslam Hakimiyyəti adlı terrorçu qruplaşma Daeşin digər bir başçısı İraqın qərbində həlak edilib.

İraq ordusu çərşənbə günü Əl-Ənbar vilayətinin Əl-Bufərac məntəqəsində ” Daeş” terrorçuları ilə toqquşmada bu qruplaşmanın Əl-Remadi şəhərindəki başçısı Ərəbistan vətəndaşı olan ” Əbu Ayşe”-ni həlak edibdir.

Bu əməliyyatın komandanlığı həmçinin bir bəyanat yayaraq Daeş ünsürlərindən ibarət 4 nəfərin Əl-Ənbar vilayətinin qərbində yaxalanması xəbərini verib. Bu əməliyyatda bir silah anbarı da kəşf edilib.

Digər tərəfdən terrorçuların cinayətlərinin davamında İraqın müxtəlif məntəqələrində 12 nəfər həlak olub və onlarla nəfər yaralanıblar.

↑
Exit mobile version