Sionist Rejim Beytül Müqəddəs və Əl-əqsa Məscidində kəskin təhlükəsizlik tədbirləri həyata keçirib.
Əl-Aləm Telekanalı məlumat verib: Sionist Rejimin hərbçiləri bu gün cümə Əl-Əqsa Məscidinin qapılarını 40 yaşdan aşağı olan namaz qılanların üzünə bağlamışdır.
Sionist rejimin ordusu Beytül Müqəddəs şəhərinin ətrafında yoxlama postları təşkil edib.
Sionist qəsəbələrinin sakinləri Sionist hərbçilərin himayəsi ilə Əl-Əqsa məscidinə basqın edib və bu müqəddəs məkanı təhqirə məruz qoyublar.
İsrail hərbçiləri bu basqın nəticəsində bir neçə fələstinlini yaraladılar.
Sionist hərbçiləri həmçinin dünən qərb sahilinə hücum edərək 25 fələstinli yaxalayıblar.