Suriya ordusunun ehtiyatda olan zabiti Türki Həsən bu ölkədəki partlayışlar və xalqın qırğın edilməsində xarici amillərin rola malik olduğunu vurğulayaraq, deyib: Ərəbistanın Əl-Ərəbiyyə telekanalı bazar ertəsi günü Dəməşqin “Səbə Bəharat”(Yeddi Ədviyyə) meydanında baş vermiş partlayış haqda öncədən xəbər vermişdi.
Bu Suriyalı ekspert əl-Aləm kanalı ilə müsahibədə deyib: Bazar ertəsi günü Dəməşqin Səbə Baharat meydanında bir neçə uşaq daxil olmaqla 25 nəfərin ölümünə və 80-dən artıq insanın yaralanmasına səbəb olan partlayış bir daha sübut etdi ki, yaraqlılar Suriya xalqını amansızlıqla qırğın edirlər.
Bu suriyalı ekspert əlavə edib: Əl-Ərəbiyyə kanalı bu partlayış haqda hələ baş verməsindən öncə xəbər vermişdi ki, bu da xarici amillərin Suriyadakı hadisələrdə rola malik olduqlarını sübut edir.
