İranXƏBƏRLƏR

İraq parlamentinin deputatı Əhməd əl-Əlvani həbs olundu

İraq təhlükəsizlik qüvvələri bu ölkə parlamentinin deputatı Əhməd əl-Əlvanini bu gün səhər əl-Anbar vilayətinin mərkəzində ər-Rəmadi şəhərində həbs ediblər.

əl-Anbar vilayətinin təhlükəsizlik mənbələri bildiriblər: Əhməd əl-Əlvaninin cangüdənləri təhlükəsizlik qüvvələri ilə toqquşublar. Bu toqquşmada əl-Əlvaninin qardaşı həlak olub və bir neçə cangüdən də yaralanıb.

İraq hökuməti bu deputatı hökumətə qarşı aksiya meydanlarında fitnə amillərindən və əl-Qaidə ilə əlbir olmaqda suçlayır.

İraq baş naziri Nuri Maliki deyib: İraqı əl-Qaidə terrorçularından təmizləyənə qədər hərbi əməliyyat davam edəcək.

İraq hökuməti ötən gün əl-Qaidənin bəzi məhbus ünsürlərinin etiraflarını yayımlayıb.

Bu etiraflarda bildirilir ki, əl-Anbar vilayətində çadırlarda aksiyalar keçirən əl-Qaidə başçıları hökumətə qarşı əməliyyatlar, avtomobillərə bomba quraşdırılması və sonra isə onları şiə sakinli şəhərlərdə partlatmaq üçün məkrli işlər həyata keçirirlər.İraqın sünni sakinli qəbilələrinin başçıları da əl-Qaidə ilə mübarizə üçün hökumətin layihəsini dəstəkləyiblər.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu