Suriyanın BMT-dəki nümayəndəliyi bildirib ki, Əl-Qaidənin tabeliyində olan “Əl-Nəsr Cəbhəsi” son bir il ərzində Suriyada yüzlərlə terror aktı törətdiyini etiraf edib.
Suriyanın BMT-dəki nümayəndəliyinə istinadla xəbər verib ki, Əl-Nəsr Cəbhəsi özünün internet portalında son 1 il ərzində Suriyada 600 terror aktı törətdiyini etiraf edib.
Suriyanın BMT-dəki nümayəndəliyi bildirib: Təhlükəsizlik Şurasına üzv bəzi ölkələr indiyədək 9 dəfə əl-Nəsr Cəbhəsinin terrorçu hücumlarını pisləyən bəyanatların qarşısını alıblar. Bu terrorçu qrupun hücumları nəticəsində yüzlərlə Suriyalı günahsız insan həlak olub.
Səudiyyə Ərəbistanı, Qətər, Türkiyə, Amerika, Fransa, İngiltərə, sionist rejim və digər əcnəbi tərəflər 2011-ci il mart ayından başlayaraq, muzdlu terrorçuları silahlandırmaq və onlara media dəstəyi verməklə Suriyada sakitliyi pozublar və regionda sionist rejimə qarşı müqavimət cəbhələrindən biri olan Suriyanın qanuni hökumətini devirməyi planlaşdırırlar.