Əl-Nosrə Cəbhəsi Rif-Dəməşqdə 30 suriyalı vətəndaşın başını kəsib

Əl-Nosrə Cəbhəsinə bağlı olan terrorçular özlərinin ən son cinayətlərində Rif-Dəməşqdə yerləşən Məlula şəhərciyində 30 suriyalı vətəndaşın başını kəsiblər.

Əl-Qaidə terror təşkilatına bağlı olan Əl-Nosrə Cəbhəsi adlı terror qruplaşmasının ünsürləri bu cinayəti Rif-Dəməşqin şimal hissəsində Əhrarüşşam Camaatı və Ləşkərülislam adlı terror qruplaşmalarının əlbir olmaları ilə həyata keçiribdir.

Bu məlumata əsasən silahlı şəxslər dünən gecə Məlula xristian sakinli şəhərciyin 30 suriyalı vətəndaşının başını kəsərək, onların cənazələrinə hörmətsizlik ediblər.

Amerika və onun regiondakı müttəfiqləri, xüsusilə Türkiyə və Ərəbistan elə həmin terror qruplaşmalarını himayə etmək üçün Suriyaya qarşı hərbi hücum həyata keçirmək istəyirlər.

↑
Mobil sürümden çık