Əl-Qəliyubiyyədə Mursi tərəfdarları və müxalifləri arasındakı toqquşmalarda 3 nəfər həlak olub

Misirin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları və müxalifləri Qahirənin Əl-Təhrir meydanı yaxınlığında bir-birləri ilə toqquşublar.

Misirin bir təhlükəsizlik mənbəyi bildirib ki, Qahirənin şimalından 15 kilometr aralıda yerləşən Əl-Qəliyubiyyə şəhərində Mursinin tərəfdarları və müxalifləri arasında baş vermiş toqquşmalar zamanı 3 nəfər dünyasını dəyişib, təqribən yüz nəfər isə yaralanıb.

Misirin vəzifəsindən kənar edilmiş Prezidenti Mursinin himayəçiləri dünən gecə Qahirənin Əl-Təhrir meydanının yaxınlığında yerləşən Amerika səfirliyi qarşısında aksiya keçiriblər.

Qahirədə Amerikanın səfirliyi yaxınlığında Məhəmməd Mursinin tərəfdarlarının aksiyasında iştirak edənlərə qarşı gözyaşardıcı qaz bombalarının atılması, aksiyaçıların bir qrupunun yaralanmasına səbəb olub.

↑
Mobil sürümden çık