Suriyanın Homs vilayətinin əl-Qüsəyr şəhərində gedən döyüşlərdə indiyə kimi 3 mindən çox terrorçu ölüb və yaralanıb. Döyüşlər artıq şəhərin şimal məhəlləsinə doğru çəkilib.
Əl-Qüsəyr şəhərində gedən döyüşlər hələ ki, başa çatmayıb və daxil olan məlumatlar şəhərdə ağır döyüşlərin getdiyindən xəbər verir. Əl-Qüsəyr şəhəri hər iki tərəf üçün strateji əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, döyüşlərin nə qədər ağır olduğunu təsəvvür etmək olar.
Əl-Qüsəyrdə yerləşmiş silahlı qruplaşma üzvlərinin sayı 6000 nəfərdən çoxdur. İndiyə kimi gedən toqquşmalarda mindən artıq terrorçu həlak olub. 2 min terrorçu isə yaralanıb.
Əl-Qüsəyrdə gedən toqquşmalarda həlak olan terrorçular arasında tanınmış terrorçu dəstə başçılarının adlarına da rast gəlmək olur.
Ənnüsrə cəbhəsinin sərkərdələrindən olan Əbu Ömər və Faruq Batalyonu adlı terror dəstəsinin başçısı İkinci Bin Ladən ləqəbli Bilal İdris Əl-Qüsəyrdə gedən toqquşmalarda öldürülən tanınmış terrorçulardandırlar