AsyaDünyaXƏBƏRLƏR

Əl-Sisinin İsrail rejim təhlükəsizlik qurumları ilə əməkdaşlığı ifşa olundu

Sionist medialar Misirin sabiq müdafiə naziri Əbdülfəttah əl-Sisinin İsrail rejimi təhlükəsizlik qurumları ilə əməkdaşlığı və Qahirə ilə Təl-Əviv arasında münasibətlərin genişlənməsi üzrə onun səylərini ifşa ediblər.

Əl-Rəy əl-Youm İnformasiya Agentliyinin məlumatına görə, Təl-Əvivdəki təhlükəsizlik mənbələri ifşa ediblər ki, Misir prezidentliyinə namizəd Əbdülfəttah əl-Sisi şəxsi şəkildə sionist rejim təhlükəsizlik qurumlarının məsul şəxsləri ilə təmaslara nəzarət edir.

Bu məlumata görə, Valla sionist xəbər portalı da Yaxın Şərq məsələləri üzrə təhlilçi Avi Aysxarovun qələmə aldığı məqaləni dərc edib. Məqalədə bildirilir: Əl-Sisi son vaxtlar Misir təhlükəsizlik rəsmilərinə göstəriş verib ki, israilli həmkarları ilə əməkdaşlıq və koordinasiyanı artırsınlar.

Valla yazıb: Əl-Sisi İsrail qarşısında Misirin kənarlaşdırılmış prezidenti Hüsnü Mübarəkin siyasətlərini izləmək ardıncadır. Mübarək işğal olunmuş ərazilərə səfər etməyi rədd edirdi. Lakin qarşılığında İsraillə səmimi və güclü, xüsusilə də pərdə arxasında təhlükəsizlik sahəsində münasibətləri himayə edirdi.

Valla xəbər portalının yazdığına görə, fələstinlilərə imtiyaz verməzdən öncə Təl-Əvivə səfər etməmək barəsində əl-Sisinin televiziya çıxışı taktiki xarakterli idi. General əl-Sisi bu çıxışda açıq aşkar şəkildə Həmas hərəkatını Misirin düşməni adlandırdı.

Sionist rejimin bu mənbəyi xatırladıb: Əl-Sisi işğalçı rejimlə münasibətləri gücləndirmək və Həmas hərəkatına qarşı müharibə aparmaqda maraqlıdır.

İlgili Makaleler

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu