Misirin təhlükəsizlik qüvvələri Sina yarımadasının şimalında təkfiri və terrorçu qruplaşmalarla əməkdaşlıqda şübhəli bilinən 10 adamı həbs ediblər.
Misirin ” Əlnil ” telekanalının məlumatına görə, bu ölkənin təhlükəsizlik qüvvələri ” Şeyx Zayed ” şəhərciyinin cənubunda geniş bir əməliyyata başlayıblar.
Misir təhlükəsizlik qüvvələrinin sözçüsü ” Əhməd Məhəmmədəli” deyib: Terrorçularla əməkdaşlıqda şübhəli bilib tutulan 10 şəxsin üzərində istintaq işləri aparılmaqdadır.
Onun sözlərinə görə , ” Şeyx Zayed ” bölgəsində terrorçu ünsürlərin sığındığı 5 mənzil və 7 sığınacaq yandırılıb və dağıdılıb. Eləcədə terrorçu qruplaşmaların Misirin təhlükəsizlik qüvvələrinə qarşı istifadə etdikləri iki maşın və iki motosiklet yandırılıb.