Livan məsələləri üzrə siyasi ekspert Beyrutun cənubunda baş vermiş terror aktının arxasında Fars Körfəzi ətrafında yerləşən bir ərəb ölkəsinin durduğunu bildirib.
Livanda çıxan “əl-Əxbar Lobnan” qəzetinin baş redaktoru İbrahim əl-Əmin şənbə günü Beyrutun cənubunda, Zahiyə məntəqəsində baş vermiş partlayışa işarə edərək, deyib: Fars Körfəzi ətrafında yerləşən ölkələrdən birinin xüsusi xidmət orqanı bu partlayışda rola malik olub.
İbrahim əl-Əmin əlavə edib: Bu xüsusi xidmət orqanının vəzifəsi Suriyaya və Müqavimətə zərbə vurmaq, Livan Hizbullahının zərbə altında qoymaqdır.
Cümə axşamı günü Beyrutun cənubunda bomba quraşdırılmış bir avtomobilin partladılması nəticəsində 25 nəfər ölüb, 300 nəfər isə yaralanıb.