Əmr Musa : Şiələrə qarşı cinayət, yanlış siyasi hərəkətlərin nəticəsidir

Misirin Əl-Mötəmər Partiyasının sədri dörd şiənin şəhid edilməsi və bir qrupun yaralanması üzrə dəhşətli faciə və cinayətə işarə edərək, bu hadisənin hakim quruluşun yanlış siyasətləri və Misirdə tayfa problemlərini qızışdırmaq üzrə hərəkətlərinin nəticəsi olduğunu bildirib.

Əlyəmüssabe Xəbər Portalının verdiyi məlumata görə Misirin Əl-Mötəmər partiyasının sədri Əmr-Musa deyib: Əbu-Müslim kəndində baş vermiş faciə hər bir insan üçün tükürpərdicidir və şiələrin qətlə yetirilməsi və onların cənazələrinin yerdə süründürülməsi boş siyasi nailiyyətlərin reallaşması uğrunda məzhəb mövzularından bir vasitə kimi istifadənin edilməsi habelə irqçi siyasətlərin nəticəsidir.

Musa həmçinin deyib: Bütün qrupların bir-birlərinin yanında dinc yanaşı yaşamaları təmin edilməli və tayfa problemləri qızışdırılmamalıdır. Hakim quruluş məğlubiyyətə uğramış qrupun himayəsindədir.

Başqa tərəfdən Azadlıq və Ədalət Partiyasının sözçüsü Murad Əli deyib: Əl-Cizədə Kəfər Əbu-Müslim kəndindəki hadisə və şiələrin qətlə yetirilib, işgəncə edilmələri, din və şəriət tərəfindən qəbuledilməzdir.

Misirli təhlilçi Abdullah Əl-Nəccar da deyib: Əbu-Müslim hadisəsi bağışlanmazdır və Misiri tayfa və məzhəb zəminində toqquşmalarla üzləşdirir.

↑
Mobil sürümden çık