Bəhreynin Əl-Vifaq partiyası Cənubi Koreya dövlətinin Ali-Xəlifə rejiminə gözyaşardıcı qaz bombalarını satmağı dayandırması üzrə qərarını alqışlayıb.
Bəhreynin Əl-Vifaq partiyası bir bəyanat yayaraq, belə bildirib: Ali-Xəlifə rejimi başqa ölkələrdən aldığı repressiya təchizatları ilə Bəhreyn xalqının qiyamını məğlubiyyətə uğratmaq istəyir. Amma Bəhreyn xalqının inqilabı ötən iki il içərisində nəinki sönməyib, əksinə hər gün daha artıq öz hədəflərinə yaxınlaşır.
Cənubi Koreya dövlətinin bu qərarı, İnsan Haqları Gözətçisi Təşkilatının qeyd edilən gözyaşardıcı qaz bombalarının Ali-Xəlifə rejiminə satmasının qarşısını almaq uğrunda geniş səylər həyata keçirməsindən sonra çıxarıldı.
Bəhreyn İnsan Haqları Gözətçisi Təşkilatı ötən milad ilində bir gizli sənəd yayımladı ki, bu sənəd Ali-Xəlifə rejiminin Cənubi Koreya və Almaniyadan yüz minlərlə gözyaşardıcı qaz bombası almaq niyyətində olduğunu göstərirdi.