Ərəbistan; Heyvanları himayə və insanları işgəncə qanunu

Səudiyyə Ərəbistanında heyvanlarla insani rəftar qanununun bildirilməsi bu ölkədə istehzalı reaksiyalar dalğası ilə üzləşib.

Bu qanun son zamanlar Ərəbistanın nazirlər kabinetində qəbul olunub və ona əsasən, heyvanlarla qeyri-insani rəftar cəriməyə səbəb olacaqdır.
Ərəbistanlılar sosial şəbəkələrdə istehzalı müraciətlər göndərərək, vurğulayıblar ki, bu ölkənin küçələrində aksiyaçı xalqın qırğın olunduğu, məhbusların işgəncə edilərək, təhqirlərə məruz qaldıqları bir şəraitdə heyvanların himayə olunması haqda qanunun təsdiq edilməsi kədərli bir zarafat və bir növ xalqı ələ salmaqdır, zira bu xalq gözləyir ki, dövlət azadlıqsevər qanunlar qəbul edərək, yüzlərlə siyasi məhbusu öz evinə göndərəcək və Ərəbistandakı bir neçə onillik zülm, işsizlik və yoxsulluğa son qoyacaq.
Bu şəxslərin sözlərinə görə, Ərəbistan xalqı öz dini təlimlərinə əsasən, heyvanlarla ən yaxşı rəftara malikdir və məhz həmin ölkəyə hakim kəsilmiş rejim bütün islami qanun və göstərişlərə göz yumaraq, öz vətəndaşları ilə nalayiq davranışlara malikdir.

↑
Exit mobile version