Ərəbistan mətbuatının İran və Müqavimətə qarşı həyasızlığı

Suriyanın əl-Qüsəyr şəhərinin terrorçulardan təmizlənməsinin ardınca Ərəbistan mətbuatı təfriqə xarakterli məqalələr dərc edərək, ümumi fikri İran İslam Respublikası və Livan Hizbullahına qarşı təhrik etməyə çalışıb.

Ərəbistan mətbuatı ümumi fikri Suriya olaylarının mahiyyətindən yayındırmaq məqsədli səylərinin davamında bu gün onlarla məqalə dərc edərək, Suriyada gedən daxili müharibəni şiə-sünni savaşı kimi qələmə verməyə və ümumi fikri Livan Hizbullahı ilə İrana qarşı təhrik etməyə cəhd göstərib.

Ərəbistan mediaları Suriyada böhranın başlandığı zamandan davamlı olaraq belə təbliğ edirlər ki, guya Ərəbistan başçıları Əsəd hökuməti müqabilində Suriya xalqını himayə edirlər. İndi isə Qərb və İsrailin mənafeyi çərçivəsində çalışırlar ki, Suriyada gedən savaşı sünni-şiə savaşı kimi qələmə versinlər.

↑
Mobil sürümden çık