
Suriyada silahı üsyançılar Hələb şəhərinin şimalına qarşı kimyəvi hücum həyata keçiriblər.
Suriyadakı silahlı yaraqlılar Hələb şəhərinin şimalında yerləşən bir məntəqəyə qarşı kimyəvi maddələrə malik olan raketlərdən istifadə ediblər. Bu hücum zamanı 16 nəfər həlak olub.
Hələb şəhərinin şimal hissəsində yerləşən bir məntəqəyə hücum zamanı üsyançılar kimyəvi raketlərdən istifadə edərək, ən azı 16 nəfərin həlak olması, 86 nəfərin isə yaralanmasına bais olublar. Qurbanların və yaralıların əksəriyyətinin mülkilərdən olduğu bildirilir.
Suriya Dövləti , Qətər və Türkiyənin , Suriyanın şimalına qarşı kimyəvi hücumda məsuliyyət daşıdıqlarını bildirib.
Suriyanın informasiya naziri silahlı üsyançıların Hələb şəhərinə qarşı kimyəvi hücumlarının olduqca təhlükəli hərəkət olduğunu bildirib.