Site icon İslami Dəvət

Ərəbistan “Şin padşahı”nın döyüşünə gedir

Səudiyyə Ərəbistanı Suriya hökumətinə qarşı film çəkməklə passiv reaksiyada Səudiyyə Ərəbistanının banisi barəsində Suriyanın çəkdiyi “Şin padşahı” bədii filminin müharibəsinə daxil olur.

Əl-Aləm telekanalının məlumatına görə, Misir Film İstehsalı Şirkətinin direktoru Məhəmməd Bin Ayiz əl-Qəhtani Ərəbistanın əl-Cəzirə qəzeti ilə müsahibədə Qahirədə çəkilməkdə olan filmin son mərhələləri olduğunu bildirib. Bu film “Şin padşahı” adlı suriyalı rejissorun çəkdiyi filmə reaksiya olaraq çəkilib.
O iddia edib ki, onun məqsədi Səudiyyə Ərəbistanının banisi Əbdüləziz Bin Əbdürrəhmanın şəxsiyyəti barəsində Nəcdət Ənzurun rejissorluğu ilə çəkilən “Şin padşahı” filminə reaksiyadır.
Əl-Qəhtani bununla belə etiraf edib ki, çəkdiyi film üçün nəzərdə tutulan vəsait ən azı 30 milyon Ərəbistan rialı, 8 milyon ABŞ dolları olacaqdır.
Qeyd etmək lazımdır ki, “Şin padşahı” filmi dünyada terrorizmin tarixi və kökləri və onun bugünkü hadisələrlə əlaqəsini araşdırır.
Bu film Ali-Səudun qəzəbinə səbəb olub.
Bu film Səudiyyə Ərəbistanının banisi və onun region ölkələrini bir-birindən ayırmaq məqsədilə İngiltərə ilə əməkdaşlığı ilə bağlı rolunu ifşa edib.

Exit mobile version